Ermənistan Rusiyaya 83 hərbçi göndərdi
8 Fevral 2019 15:43 DünyaErmənistan Silahlı Qüvvələri Suriyaya 83 nəfərdən ibarət hərbi birlik göndərib.
Bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan deyib.
O, hərbi birliyin humanitar yardım məqsədləri üçün göndərildiyini bildirib.
Erməni hərbçilərin Suriyada saxlanılması Ermənistan tərəfindən təmin ediləcək.
Bununla belə Hovannisyan erməni hərbçilərin Rusiyanın Suriyadakı hərbi qüvvələrinin dəstəyi ilə fəaliyyət göstərəcəklərini diqqətə çatdırıb.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Suriyaya hərbi qüvvə göndərəcəklərini açıqlamışdı.
Paşinyanın bu qərarı Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ermənistandan Suriyadakı hərbi fəaliyyətlərinə dəstək gözlədiklərini deməsindən sonra verməsi müzakirələrə səbəb olmuşdu.(teleqraf.com)