Dünyanın ən qısa evliliyi — 3 dəqiqə sonra boşandılar
8 Fevral 2019 15:25 DünyaKüveytdə yeni evlənən cütlük 3 dəqiqə sonra boşanıb.
Bəy yerə yıxılan gəlinə "axmaq" deyərək lağ etdiyi üçün gəlin 3 dəqiqə sonra boşanmaq qərarına gəlib. Gəlinin istəyi ən sürətli boşanma müraciəti kimi tarixə düşüb.
"The Sun" qəzetinin xəbərinə əsasən, cütlüyün nikahı məhkəmə salonunda kəsilib. Məhkəmədən çıxanda gəlinin ayağı ilişib və yıxılıb. Bəy isə "axmaq" deyərək gəlinə lağ edib. Bu isə gənc qadını çılğına çevirib. Boşanmaq üçün məhkəməyə müraciət edən gəlin ərinin bu davranışının qəbuledilməz olduğunu və ayrılmaq istədiyini bildirib.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31