Separatçılar 300 məhbusu Kiyevə qaytaracaq
8 Fevral 2019 15:20 DünyaDonbasda yaradılan "Donetsk Xalq Respublikası" separatçı rejimi 300 məhbusu Kiyevə verməyə hazırlayır.
Bu haqda separatçıların "ombudsman"ı Darya Morozova bildirib.
Onun sözlərinə görə, məhbuslar Donbasda münaqişənin başlanmasına (2014-cü ilin aprel ayı-red.) qədər ittiham edilmişdilər və indi cəzalarını Ukrayna hakimiyyətinin nəzarətində olan ərazilərdə çəkmək arzularını ifadə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31