Putin Yanukoviçi qorumaq üçün təlimat verib
8 Fevral 2019 14:53 DünyaUyraynanın sabiq prezidenti Viktor Yanukoviçin Rusiyada təhlükəsizliyi təmin edilir.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin nümayəndəsinin sözlərinə görə, Vladimir Putinin əmri ilə Yanukoviçə mühafizəçi təyin olunub: "Müvafiq fərman hələ Yanukoviç prezident ikən Rusiyaya gəldiyi zaman imzalanıb".
Peskov Ukraynanın eks-dövlət başçısını məhz hansı qurumun mühafizə etdiyini açıqlamayıb.
Qeyd edək ki, Kiyev məhkəməsi bu ilin yanvarında Yanukoviçi qiyabi olaraq 13 il azadlıqdan məhrum edib. Ona qarşı istintaq 2017-ci ilin iyunundan başlayıb.
Yanukoviç bir neçə gün öncə Moskvada keçirdiyi mətbuat konfransında həyatının təhlükədə olduğunu söyləyib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31