“Rədd olsun Tramp, Con Bolton...” – Xameyni ABŞ və Avropanı hədəf aldı

İranın dini lideri Əli Xameyni ABŞ rəhbərliyinin pislik və zorakılığın simvolu olduğunu və Avropaya güvənməmək lazım olduğunu söyləyib.

İranın dini lideri Əli Xameyni ABŞ rəhbərliyinin pislik və zorakılığın simvolu olduğunu və Avropaya güvənməmək lazım olduğunu söyləyib. 

Olaylar.az bildirir ki, İran dövlət televiziyasının məlumatına görə, Xameyni paytaxt Tehranda hərbi hava qüvvələrinin komandanlarını qəbul etdiyi çıxışında ABŞ və Avropa ölkələrini hədəf alıb.

O, ABŞ-ın keçmişdən bu günədək dünyadakı müharibələrin və böhranların səbəbkarı olduğunu bildirib: "ABŞ pislik və zorakılığın simvolu olub. Sonra da "Rədd olsun Amerika" dediyimiz üçün bizi tənqid edirlər".

Xameyni İranın ABŞ xalqı ilə bir problemi olmadığını qeyd edib: "Rədd olsun Amerika demək, rədd olsun ABŞ liderləri, yəni rədd olsun Tramp, Con Bolton və Pompeo deməkdir".

Dini lider Avropanın İranla nüvə sazişini qorumaq üçün təqdim etdiyi təkliflərə toxunub: "Avropalılarla əlaqə qurmayaq demirəm, lakin inamdan bəhs edirəm. Mənim tövsiyəm, ABŞ kimi onlara da bel bağlamasınlar. Rəsmilərə nüvə müzakirələri zamanı ABŞ-ın sözlərinə və imzalarına güvənməmək lazım olduğunu dedim. Nəticə olaraq, ABŞ ilə müzakirəyə oturan şəxslər indi ABŞ-a etibarsız deyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31