Özbəkistanda yeni nazirlik yaradıldı
4 Fevral 2019 14:30 DünyaÖzbəkistanda Energetika Nazirliyi yaradılıb.
Bu haqda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb. Baş nazirin müavini Əlişir Sultanov energetika naziri təyin olunub.
Özbəkistanın yanacaq-energetika kompleksinin təşkilati strukturu, fəaliyyəti və tənzimlənməsi ilə bağlı bütün məsələlər yeni nazirliyin səlahiyyətlərinə verilib. Əlişir Sultanov Özbəkistanın neft-qaz sahəsində müxtəlif vəzifələrdə çalışıb, "Şurtan" qazkimya kompleksinin direktoru, "Özbəkneftqaz" Milli Holdinq Şirkətində İdarə Heyətinin sədri, Baş nazirin müavini vəzifələrində çalışıb.
Əlişir Sultanov energetika naziri vəzifəsini tutmaqla Baş nazirin müavini vəzifəsində də qalır.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31