“Deutsche Bank” Trampa kredit verməkdən imtina edib

Həmin vaxt Tramp ABŞ prezidentliyinə namizəd imiş.

2016-cı ilin martında "Deutsche Bank" ABŞ prezidenti Donald Trampa məxsus olan "Trump Organization" şirkətinə kredit verməkdən imtina edib.

Bu haqda informasiyanı "The Wall Street Journal" nəşri yayıb.

Mənbə bildirir ki, bank Trampla iş əlaqələrini genişləndirmək istəməyib. Həmin vaxt Tramp ABŞ prezidentliyinə namizəd imiş.

Onların fikrincə, ayrılan kredit Trampın seçki kampaniyasına xərclənə bilərmiş.

"Trump Organization" alacağı pulla Şotlandiyada qolf-klub tikmək fikrində olub.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31