Madonna “Eurovision”da çıxışa görə 1,5 milyon alacaq

Dünyaca məşhur müğənni Madonnanın "Eurovision - 2019" mahnı müsabiqəsində çıxış edəcəyi təsdiqlənib.  Bu barədə sənətçinin Təl- Əvivdə səhnəyə çıxacağı üçün maliyyə ayıran kanadalı milyarder Sylvan Adams məlumat verib. 

O bildirib ki, Madonna  yarışmada iki mahnı səsləndirəcək və bunun üçün 1, 5 milyon dollar qonorar alacaq: 

"Madonna kimi bir sənətçinin "Eurovision"da çıxış etməsi yarışmanın çox böyük səs-küy yaratmasına səbəb olacaq və İsraili ziyarət edən milyonlarla insanın xoş vaxt keçirməsinə köməklik edəcək".

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31