Biz raketi göstərdik, brifinq keçirdik… - Rusiyadan cavab
31 Yanvar 2019 11:29 DünyaRusiya ABŞ-a Yaxın və orta mənzilli raketlərin ləğvi anlaşması ilə bağlı vəziyyət ətrafında onunla şantaj cəhdləri ilə danışmağın imkansız olduğunu bildirib.
Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Rusiya Federasiyası müqavilə ilə bağlı problemləri qarşılıqlı əsaslarla aradan qaldırmağı təklif edir. Biz raketimizi göstərmək və xarici hərbi attaşe və jurnalistlər üçün brifinq keçirməklə öz tərəfimizdən əvəzsiz addım atdıq", - Ryabkov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31