Patruşev BƏƏ-yə getdi

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə gedib.

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti Əbu-Dabidə Patruşevin təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəyi haqda məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Patruşev Misirdə olub və Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşüb.

Bir müddət əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Səudiyyə Ərəbistanına səfər edərək vəliəhdlə görüşüb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31