Erməni nazir ad günündə “Kremli” dağıtdı – Foto
31 Yanvar 2019 11:18 DünyaUkraynanın İnfrastruktur naziri Vladimir Omelyana 40 illik yubileyi münasibətilə qeyri-adi tort hədiyyə edilib.
Bu barədə nazirin mətbuat katibi Marina Tomko Feysbuk hesabında paylaşım edib.
Tomkonun paylaşdığı görüntülərdə Omelyana hədiyyə edilən tortun üzərində Kremlin yıxılması təsvir edilib. Aşan Spasskaya qülləsinin yanında qırmızı ulduz təsvirli papaq taxan ayı təsviri yerləşdirilib. Kremlin dağıntılarının aşağısında "Yaşasın Ukrayna" sözləri yazılıb.
Qeyd edək ki, erməni əsilli nazir bir qədər əvvəl vətəndaşlara Moskvanı fəth etməyi məsləhət görmüşdü.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31