Ağ Ev yaxınlığında Çinin nümayəndə heyətinə hücum edilib, xəsarət alan var
Naməlum şəxs ABŞ-da, Ağ Evin binası yaxınlığında avtomobil karvanına hücum etməyə çalışıb. Bu haqda ABŞ-ın məxfi xidmətinə istinadən "NBC" telekanalı bildirib.
31 Yanvar 2019 11:15 DünyaNaməlum şəxs ABŞ-da, Ağ Evin binası yaxınlığında avtomobil karvanına hücum etməyə çalışıb.
Bu haqda ABŞ-ın məxfi xidmətinə istinadən "NBC" telekanalı bildirib.
Telekanalın məlumatına görə, hadisə zamanı azı bir nəfər xəsarət alıb. Hücum edən şəxs avtomobil karvanının hərəkətinə mane olmağa çalışarkən saxlanılıb.
Məlumata görə, söhbət Vaşinqtonda səfərdə olan Çin Xalq Respublikası nümayəndə heyətinin avtomobil karvanından gedir.
Hadisənin digər təfərrüatları açıqlanmır.
Daha əvvəl Birləşmiş Ştatların Texas ştatının Hyuston şəhərində atışma olub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31