ABŞ-da kəskin hava şəraiti 5 nəfərin həyatına son qoyub

ABŞ-da qarlı və şaxtalı hava ölkənin Orta Qərb regionunda 5 nəfərin həyatına son qoyub.

Məlumata görə, bir kişi Çikaqo (İllinoys ştatı) ətrafında ölüb. İkinci şəxs Miluokidə (Viskonsin ştatı) qarajda donaraq ölüb. Daha iki nəfər - ər və arvad İndiana ştatında yol-nəqliyyat hadisəsinin qurbanı olublar. Detroytun (Miçiqan ştatı) şəhər ətrafında 70 yaşlı sakin hava şəraitinə uyğun olmayan paltar geyməsi səbəbindən ölüb.

ABŞ-ın Milli Meteoroloji Xidmətinin məlumatına görə, çərşənbə günü Minneapolisdə (Minnesota ştatı) havanın temperaturu mənfi 33,3 dərəcəyə çatıb. Küləyi nəzərə almaq şərtilə, bu rəqəm mənfi 47,2 dərəcə olub. Çikaqoda havanın hərarəti mənfi 30,6 (küləyi nəzərə alaraq mənfi 45,6 dərəcə), Miluokidə isə temperatur mənfi 28,9 (küləyi nəzərə alaraq mənfi 43,9) təşkil edib.

Daha əvvəl ABŞ-da tibbi helikopter qəzaya uğrayıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31