Fransada insanlara atəş açan şəxsin meyiti tapılıb
31 Yanvar 2019 11:07 DünyaFransanın Korsika adasının Bastiyaşəhərində ətrafdakılara atəş açan şəxsin meyiti tapılıb.
Bu barədə Fransanın daxili işlər naziriKristof Kastaner özünün "Twitter" səhifəsində yazıb.
"RAID (xüsusi təyinatlı polis-red) əməliyyat keçirdi. Atəş açan şəxsölü tapılıb", - deyə Kastaner bildirib.
Nazir hüquq-mühafizə orqanlarının əməkdaşlarına və xilasedicilərə təşəkkür edib.
Qeyd edək ki, hadisə zamanı 6 nəfər yaralanıb. BFM telekanalı polisdəki mənbəyə istinadən atışma zamanı1 nəfərin öldüyünü xəbər verib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31