Almaniyanın Yerevandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarları Almaniyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Təşkilatçılar Almaniya səfirinə məktub təqdim ediblər. 

Onlar diplomatdan məktubu Almaniya kansleri Angela Merkelə təqdim etməyib xahiş ediblər. Məktubda Robert Koçaryanın həbsinin qanunsuz olduğu vurğulanıb.  

Təşkilatçılar sabah - fevralın 1-də yenidən diplomatik korpusun qarşısına toplaşmağa qərar veriblər. 

Həmin gün Almaniya kansleri Angela Merkel Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31