Kanada sirli xəstəliyə görə Kubadakı diplomatlarının yarısını azaldır
31 Yanvar 2019 11:01 DünyaKanada hökuməti Kubadakı səfirliyində fəaliyyət göstərən diplomatlarının yarısını geri çağırır.
Kanada Xarici İşlər Nazirliyindən bildirilib ki, belə addım diplomatların "sirli" sağlamlıq problemləri ilə əlaqədar şikayət etmələri ilə əlaqədardır.
2017-ci ilin əvvəlindən artıq 14 diplomatda heç bir xəstəliyi göstərməyən müxtəlif simptomlar aşkar edilib.
Qeyd olunur ki, Kanadanın Havanadakı səfirliyində çalışan 16 diplomatdan 8-i geri çağırılacaq.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31