Paşinyanın blokundan olan deputat mandatından imtina edib

"Mənim addımım" blokundan olan deputat Vaaqn Qriqoryan mandatından imtina barədə ərizə verib.

Bu barədə Ermənistan Milli Assambleyasının sədri Ararat Mirzoyan bu gün parlamentin iclasının əvvəlində bildirib.

Qeyd edək ki, "Mənim addımım" blokuna ölkənin Baş naziri Nikol Paşinyan rəhbərlik edir.

Dünən Ermənistanda yeni seçilmiş parlament fəaliyyətinə başlayıb və iclasda Ararat Mirzoyan parlamentə yeni sədr seçilib. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31