Tramp ABŞ-ın NATO-dan çıxmasını istəyir?

Əgər NATO-nun digər üzvlərinin hərbi xərcləri artırması tempi Trampı razı salmasa, o, ABŞ-ın NATO-dan çıxması məsələsinə yenidən baxa bilər.

Bu məlumatı "Nyu York Tayms" qəzeti yayıb. Məlumata görə, Tramp keçən il bir neçə dəfə məxfi şəkildə ABŞ-ın NATO-dan çıxarılması arzusunu dilə gətirib və NATO-nu ABŞ üçün bataqlıq adlandırıb.

Qeyd edək ki, bundan öncə Tramp NATO üzvlərini tənqid edərək, hərbi xərclərini artırması gərəkdiyini bəyan etmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31