NATO gəmiləri Azov dənizinə daxil ola bilməz - Muradov

Rusiyanın razılığı olmadan NATO gəmilərinin Azov dənizinə daxil olması mümkün deyil.

Bu sözləri Rusiya Prezident Adminitrasiyasının Krımdakı daimi təmsilçisi Georgi Muradov deyib.

"2003-cü ildə Rusiya ilə Ukrayna arasında imzalanmış müqaviləyə görə xarici ölkələrin hərbi gəmiləri Azov dənizi akvatoriyasına yalnız hər iki ölkənin razılığı ilə daxil ola bilər", - Muradov bildirib.

Muradovun sözlərinə görə, xarici ölkələrin hərbi gəmilərinin Azova daxil olması yolverilməzdir və Moskva buna razılıq verməyəcək.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31