Avropa Şurasının baş katibi Fransada jurnalistlərə qarşı hücumları pisləyib
15 Yanvar 2019 11:49 DünyaAvropa Şurası (AŞ) Fransada jurnalistlərə qarşı edilən hücumları pisləyib.
Avropa Şurasının baş katibi Törbyorn Yaqland Fransada "sarı jiletlilər"in aksiyaları zamanı son həftələr jurnalislərin iş şəraitinin pisləşməkdə davam etdiyini bildirib.
O, peşə vəzifələrini yerinə yetirən mətbuat nümayəndələrinə qarşıtəhdidləri və hücumları qəti surətdə pisləyib.
"Öz peşəsini yerinə yetirən jurnalistlərə hücum etmək demokratiyaya hücum etmək deməkdir. Azad şəkildə sözünü demək, aksiya keçirmək hüququna malik olmaq bu cür zorakılıq və nifrətin aşıb-daşması üçün bəhanə ola bilməz", - deyə o bildirib.
Daha əvvəl Avropa Şurasının baş katibi vəzifəsinə namizədliyin irəli sürülməsinin müddəti başa çatıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31