Tramp Ərdoğanla müzakirə etdiyi məsələdən bəhs edib

ABŞ prezidenti Donald Trampbildirib ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında həmkarı ilə iki ölkənin iqtisadi əməkdaşlığını müzakirə edib.

Bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

"Türkiyə prezidenti Ərdoğanla danışdım... ABŞ və Türkiyə arasındaiqtisadi məsələlər haqqında danışdıq - (iqtisadi məsələlərin -red) əhəmiyyətli genişlənmə üçün böyük potensial!" - deyə ABŞ prezidenti qeyd edib.

O, həmçinin əlavə edib ki, türk lideri ilə Suriyada təhlükəsizlik zonalarının yaradılması ideyasını vəterrorçularla mübarizəni də müzakirə edib.

Daha əvvəl bildirilib ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramparasında telefon danışığı olub.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31