İŞİD Kabildə törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb

İŞİD terror qruplaşması Əfqanıstanın paytaxı Kabil şəhərində törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Bu barədə "Tolo News" telekanalı məlumat yayıb.

Qeyd edək ki, ki, dünən axşam saatlarında Kabildə "Green Village"kompleksi ərazisində minalanmış avtomobil parltadılıb. Son məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 113 nəfəryaralanıb. 

Yaralılar arasında onlarla uşaq var. Ölənlərin 3-ü hərbçi, 1-i isə mülki şəxsdir.

Daha əvvəl bildirilirdi ki, Əfqanıstanda törədilən terror aktında yaralananların sayı artıb. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31