Tramp Kim Çen Ina məktub göndərib
15 Yanvar 2019 11:38 DünyaABŞ prezidenti Donald TrampKoreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Ina məktub göndərib.
Bu barədə CNN teleşirkəti mənbəyə istinadən məlumat yayıb.
İki ölkə arasında nüvəsizləşdirmə məsələsi üzrə danışıqlardan məlumatlı olan mənbənin verdiyi xəbərə görə, məktub şəxsən Kim Çen Inın özünə təqdim edilib.
Mənbə Donald Trampın məktubunun məzmununu açıqlamayıb.
Daha əvvəl xəbər verilib ki, ABŞ və Koreya Xalq Demokratik Respublikası yüksək səviyyəli yeni görüşə hazırlığı başa çatdırıb. ABŞ-ın dövlət katibi Maykl Pompeo tezliklə Koreyanın Əmək Partiyasının Vahid cəbhəsinin şöbə müdiri Kim Yon Çxolla danışıqlar aparacaq. Tərəflər indi qarşıdakı görüşə son hazırlıqları başa çatdırır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31