ABŞ-da hərbçilərin Meksika ilə sərhəddə yerləşdirilməsi müddəti uzadılıb
15 Yanvar 2019 11:35 DünyaABŞ rəsmiləri amerikalı hərbçilərin Meksika ilə sərhəddə yerləşdirilməsi müddətini 2019-cu ilin sentyabr ayına qədər uzatmağa qərar verib.
Bu barədə AFP məlumat verib.
"Amerika qoşunlarının Meksika ilə sərhəddə yerləşdirilməsi sentyabr ayına qədər uzadılıb", - agentlikdən bildirilib.
Hazırda ABŞ-Meksika sərhədində həmçinin ABŞ-ın gömrük işçilərinə yardım edən 5,6 min hərbçi var. Ağ ev onlara güc tətbiq etməyə və zəruri hallarda dövlət məmurlarını miqrantların mümkün hücumlarından müdafiə etməyə icazə verib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31