İran peyki orbitə çıxa bilməyib

İran anonsunu verdiyi iki yerli peykdən birincisini buraxıb, amma "Payam" peykini orbitə çıxarmaq mümkün olmayıb.

Bu barədə informasiya və kommunikasiya texnologiyaları naziri Cavad Azari Cahromi bildirib.

"Raket daşıyıcı ilk iki mərhələni uğurla keçsə də, üçüncü etapda lazımi sürəti yığa bilmədi. Ona görə də "Payam"ı orbitə çıxarmaq mümkün olmadı. "Dusti"nin orbitdə olacağını gözləyirik", - nazir söyləyib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31