Polşada bıçaqlanan mer xəstəxanada ölüb

Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç aldığı bıçaq yarasından qaldırıldığı xəstəxanada ölüb.

Məlumatı "RİA Novosti" yayıb.

Qeyd edək ki, yanvarın 13-də əvvəl məhkum olunmuş 27 yaşlı Qdansk sakini konsert zamanı merə hücum edərək onu ağır yaralamışdı.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31