KİV: 1961-ci ildə BMT Baş katibinin təyyarəsini belçikalı pilot vurmuşdu

Belçikalı pilot Yan van Rissegem1961-ci ildə Şimali Rodeziya (hazırda Zambiya) hava məkanındaBMT-nin o zamankı Baş katibi Daq Hammarskyöldün olduğu təyyarəni vuran qırıcı təyyarənin komandiri olduğunu etiraf edib. Bu barədə keçmiş desant hissəsinin hərbi qulluqçusu Pyer Koppens nəql edib.

Belçikalı pilot Yan van Rissegem1961-ci ildə Şimali Rodeziya (hazırda Zambiya) hava məkanında BMT-nin o zamankı Baş katibi Daq Hammarskyöldün olduğu təyyarəni vuran qırıcı təyyarənin komandiri olduğunu etiraf edib.

Bu barədə keçmiş desant hissəsinin hərbi qulluqçusu Pyer Koppens nəql edib.

"Yan van Rissegemin o təyyarəni vurduğunu bilirəm, çünki bunu mənə özü danışmışdı", - deyə hazırda İspaniyada yaşayan, 2007-ci ildə vəfat etmiş D.Rissegemlə hələ 1965-ci ildə ixtisas kursu keçərkən tanış olan P.Koppens qeyd edib.

Qeyd edək ki, BMT-nin isveçli Baş katibi Daq Hammarskyöld Konqonun Katanqa əyalətində separatçıların lideri Mois Çobme ilə danışıqlara gedərkən 1961-ci il sentyabrın 18-nə keçən gecə Ndola şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində 15 nəfərlə birgə həlak olmuşdu. O vaxtdan hadisə barədə müxtəlif fərziyyələr irəli sürülüb, dəqiq səbəb tapılmayıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31