Çin məhkəməsi Kanada vətəndaşı barədə ölüm hökmü çıxarıb

Çin məhkəməsi narkotik maddə qaçaqmalçılığına görə Kanada vətəndaşı Robert Lloyd Şellenberq barəsində ölüm hökmü çıxarıb.

Məhkəm onun Çindəki var-dövlətinin müsadiə edilməsi barədə də qərar qəbul edib.

Qeyd edək ki, Çində dekabrın 1-i "Huawei"in maliyyə direktoru Men Vançjounun Vankuverdə həbsindən sonra Kanadanın 13 vətəndaşı saxlanılmışdı.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31