Bu ölkə Qorbaçova hökm oxuyur – Məhkəmə

Litvada 1991-ci ildə Vilnüs teleqülləsinə hücuma görə Rusiya vətəndaşlarına qarşı açılan cinayət işi ilə əlaqədar məhkəmə prosesi sona çatmaq üzrədir.

Məhkəmənin fevralın 18-də yekun qərar verəcəyi bildirilib. Məhkəmə prosesi çərçivəsində SSRİ-nin eks-prezidenti Mixail Qorbaçov barədə də qiyabi hökm verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Litvada bir müddət əvvəl Vilnüs teleqülləsinə 1991-ci il 13 yanvarda hücumla bağlı araşdırma başladılıb. 14 nəfərin öldüyü, 700 nəfərin yaralandığı hücumla əlaqədar Litva hakimiyyəti SSRİ-nin o zamankı rəhbərliyini ittiham edib. Rəsmi Vilnüs tərəfindən cinayət işi ilə əlaqədar ümumilikdə 58 rusiyalı ittiham olunub.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31