Avropanın qabiliyyətsizliyini görürük – İrandan etiraz

Avropa ölkələri SWIFT sistemini əvəz edəcək, ABŞ-ın İrana qarşı sanksiyalarından yan keçəcək maliyyə hesablaşmalar mexanizminin istifadəyə verilməsi üçün lazımi infrastruktura sahib deyillər.

Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib.

"Bizim fikrimizcə, avropalılar mexanizm üzərində işi bitirməyə çalışırlar, amma bu proses ciddi şəkildə uzadılıb. Avropa nümayiş etdirir ki, bu maliyyə kanalının buraxılması üçün lazımi infrastruktur sayına sahib deyil. AB daimi olaraq ABŞ-ın təzyiqi altındadır. Amerikalılar hər şeyi edir ki, belə əməkdaşlığa mane olsunlar. Biz avropalılara xatırlatdıq ki, alternativ istiqamətlər ətrafında işləyirik. Onlar uzun müddət mexanizm üzərində çalışdılar və biz onların məsələnin həllində qabiliyyətsizliyini görürük", - deyə o bildirib.

Qeyd edək ki, İran və AB SWIFT sisteminə alternativ olaraq banklararası əlaqə kanalının yaradılması üzərində çalışırlar.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31