Qırğızıstanın "mat" olmayan ailəsi

Qırğızıstanda 44 yaşındakı Syezbek və Gülbarçin Taştekeyevin 9 uşağından 6-sı Qırğızıstan və Asiya şahmat çempionatında qalib gəlib.

Olaylar.az "Anadolu" agentliyinə  istinadən xəbər verir ki, uşaqlardan 7-si milli və beynəlxalq şahmat turnirlərində öz yaş qrupunda müxtəlif dərəcələrdə çox sayda medal, müvəffəqiyyət və təşəkkür sənədinə layiq görülüb, 6-sı isə Qırğızıstan və Asiya şahmat çempionatında qalib olub.

Ailənin 18 yaşındakı oğlu Arzıbek, 3 dəfə Qırğızıstan çempionu, 16 yaşındakı ikinci oğlu Ruslan isə Asiya şahmat çempionatında 3 dəfə qızıl medal qazanaraq, ölkədə üst-üstə 9 çempionluqla tarixə düşüb.

Ailənin üçüncü üzvü 14 yaşındakı Almaz isə Qırğızıstanda 5 dəfə çempion olaraq Asiya turnirində ölkəsinə bürünc medalla qayıdıb.

Ailənin beşinci üzvü Nazira Asiya Şahmat Çempionatında qalib gəlib,  altıncı qardaş Aycan isə Asiyada 3 dəfə, Qırğızıstanda isə 4 dəfə çempion elan edilib.

Qeyd edək ki, ailənin kiçik üzvləri 6 yaşındakı Nursultan ilə 4 yaşındakı Aida qatıldıqları müxtəlif milli və beynəlxalq turnirlərdə çox sayda müvəffəqiyyət qazanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31