Yumurta “Instagram” rekordçusu oldu - FOTO

Toyuq yumurtasının ağ fonda olan fotoşəkli "Instagram" sosial şəbəkəsində rekord sayda "bəyənmə" toplayıb.

Bu haqda "BuzzFeed" məlumat yayıb.

10 gün ərzində fotoşəkil 25 milyon dəfədən çox bəyənilərək, populyarlığına görə Kayli Cennerin yeni doğulmuş körpə qızının şəklini üstələyib.

"Gəlin, birlikdə yeni dünya rekordu quraq və "Instagram"ın ən çox bəyənilən postunu yaradaq. Birlikdə Kayli Cennerin  rekordunu (18 milyon) əlindən alaq", - deyə world_record_egg profilinin sahibi yanvarın 4-də çağırış edib.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31