Belarusdan Avropaya sanksiya çağırışı
14 Yanvar 2019 18:48 DünyaBelarus Avropa Birliyinin Minskə qarşı sanksiyaları tam ləğv edəcəyinə ümid edir.
Bunu jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər naziri Vladimir Makey deyib.
"Bu ilin fevralında AB-nin Belarusa qarşı sanksiyalarına yenidən baxılacaq. Ümid edirik ki, əvvəl-axır bu keçmişin qalıqları ortadan qalxacaq və gündəmdən düşəcək. Heç kim inkar etmir ki, hər ölkədə hansısa problemlər var, amma bu onun şantaj və təzyiq yoluyla həll edilməsinə imkan yaratmır", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31