İran XİN-i “donuz qripi” ilə bağlı əhaliyə xəbərdarlıq edib
14 Yanvar 2019 19:00 Dünyaİranın Xarici İşlər Nazirliyi N1H1 virusu ilə əlaqədar vətəndaşlarına xəbərdarlıq edib.
XİN yaydığı rəsmi bəyanatda vətəndaşlarını Gürcüstana səfər etməkdən imtina etməyə çağırıb.
Xatırladaq ki, son rəsmi rəqəmlərə görə, Gürcüstanda 15 nəfər "donuz qripi"ndən ölüb. Bununla əlaqədar, hökumət dövlət məktəbləri və uşaq bağçalarında təhsilin təxirə salınmasına qərar verib. Ölkənin bəzi ali təhsil müəssisələri də müvəqqəti olaraq fəaliyyətlərini dayandırıblar.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31