Qətər Suriyada səfirlik açmaqdan imtina etdi
14 Yanvar 2019 15:12 DünyaQətər Suriyada səfirliyini yenidən açmaqdan imtina edib.
Bunu Qətər Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman əs-Sani deyib. Onun sözlərinə görə, Qətərin Suriya ilə əlaqələrində hansısa normallaşma yoxdur.
O, həmçinin Suriyanın Ərəb Dövlətləri Liqasına yenidən qayıtmağının əleyhdarı olduqlarını bildirib.
Qeyd edək ki, bundan öncə BƏƏ Suriyada səfirliyini yenidən açmağı planlaşdırdığını bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31