İraqın üç şirkəti Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb

Avropa İttifaqı (Aİ) İraqın üç şirkətini həmin ölkəyə qarşı sanksiyalar siyahısından çıxartmaq qərarına gəlib.

Bu barədə Avropa İttifaqı Şurasının təşkilatın rəsmi jurnalında dərc olunmuş qərarında bildirilir. 

Həmin qərar İraqın Dizayn və Tədqiqatlar Komitəsinə, Dövlət Alüminium və Məmulatları Müəssisəsinə, Dövlət Naqillər Müəssisəsinə şamil olunur.

Xatırladaq ki, Aİ İraqda 2003-ci ildəki ABŞ tərəfindən hərbi əməliyyatlar başladığından 4 ay sonra bu ölkəyə qarşı sanksiya tətbiq etmişdi.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31