Ermənistan parlamentinə yeni sədr seçilib
14 Yanvar 2019 15:01 DünyaArarat Mirozyan Ermənistan parlamentinin yeni sədri seçilib.
Qanunverici orqanın 132 deputatından 131-i onun namizədliyinin lehinə səs verib, bir bülleten isə etibarsız sayılıb.
A.Mirzoyanın namizədliyi baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım!" parlament fraksiyası tərəfindən irəli sürülüb.
Qeyd edək ki, Ararat Mirozyan 1979-cu il noyabrın 23-də Yerevanda doğulub. 2018-ci il mayın 11-də baş nazirin birinic müavini olub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31