"Türkiyə kürdlərin himayədarıdır" - Fəxrəddin Altun

Türkiyə ABŞ prezidenti Donald Trampın təhdidinə sərt cavab verib.

Türkiyə ABŞ prezidenti Donald Trampın təhdidinə sərt cavab verib.

Olaylar.az türk mediasına  istinadən xəbər verir ki, Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqə üzrə müşaviri professor Fəxrəddin Altun "Twitter" hesabında açıqlama yayıb. Altun Türkiyənin kürdlərin himayədarı olduğunu bildirib: "Türkiyənin kürdlərlə heç bir problemi yoxdur. Bizim məsələmiz PKK terror təşkilatı və onun Suriyadakı üzvləridir. Türkiyə terrorla mübarizəsini qətiyyətlə davam etdirəcəkdir. Bizim üçün əsas olan milli təhlükəsizliyimizdir. Terrorizmlə mübarizəmizi müəyyən edən əsas faktor da budur. Terrorizmin mənbəyi istər ideoloji, istər dini, istərsə də etnik olsun, bizim üçün fərqi yoxdur. Terror terrordur və vaxtında qurudulmalıdır".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp "Twitter" hesabında  Türkiyənin Suriyada kürdləri vuracağı təqdirdə, Türkiyəni iqtisadi tənəzzülə məruz qoyacaqlarını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31