Ermənistanda maye qaz qıtlığı yaranıb
14 Yanvar 2019 13:51 DünyaƏlverişsiz hava şəraiti səbəbindən Rusiya və İrandan Ermənistana ixrac olunan maye qazın çatdırılmasında çətinlik yaranıb.
Bunu "Qaz propan" maye qaz idxal edən şirkətin direktoru Jirayr Tsaxanecyan yanvarın 14-də bildirib.
Onun sözlərinə görə, maye qaza tələbat avtomobil sahibləri arasında çoxalıb.
Direktor bildirib ki, beynəlxaq bazarda maye qazın qiymətində qalxıb-enmə, xüsusilə Rusiyadan idxal Ermənistanda qiymətə təsir edə bilər.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31