Litva SSRİ-yə qarşı vuruşanları təltif etdi
14 Yanvar 2019 13:23 DünyaSSRİ-yə qarşı vuruşmuş 7 litvalı partizan "Azadlıq" medalı ilə təltif edilib.
Yonas Çeponis, Yuozas Yakavonis, Yonas Kajenis, Yonas Abukauskas, Branislavas Yuospaytis, Vitautas Balsis və Yuozas Moçiusə Litva Seymində mükafatlar təqdim edilib.
Təltfietmə zamanı "Azadlıq" mükafatı komissiyasının nümayəndəsi Radvile Morkunayte Mikulenene sözügedən partizanları SSRİ işğalına qarşı mübarizə aparan azadlıq döyüşçüləri adlandırıb.
Partizanlardan biri Y.Kajenis isə vurğulayıb ki, allahsız bolevik işğalı yalnız Litva xalqının bədənini deyil, ruhunu da öldürdü.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31