Putin NATO üçün böyük hədiyyədir - MKİ-nin eks-şefi
9 Yanvar 2019 14:50 DünyaRusiya Prezidenti Vladimir Putin NATO üçün ən böyük hədiyyədir.
Bunu "Raisina Dialoq" konfransında çıxışı zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Devid Petreus deyib. Onun sözlərinə görə, Putinin hakimiyyətə gəlişi alyansın mövcudluğu üçün yeni bəhanə oldu. O, Vaşinqtonun yeni geosiyasi nizamı şübhə altına ala biləcəyini güman etdiyini bildirib. Petreus Trampın NATO-nu tənqid etməsinə rəğmən Avropada ABŞ hərbi kontingentini artırmaq planlarını inkişaf etdirdiyini söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31