Moskvanın Nikolla bağlı mövqeyi formalaşdı: Uyğunsuz tərəfdaş
9 Yanvar 2019 14:24 Dünya2019-cu ildə KTMT-nin yeni katibinin kimin təyin olunmasından asılı olmayaraq, Paşinyanla bağlı Moskvada uyğunsuz tərəfdaş, hər şeyin gözlənilməsinin mümkün olduğu obrazı yaranıb.
Bu iddia ilə "Kommersant" qəzeti çıxış edib. Qəzetə açıqlama verən adının çəkilməsini istəməyən rusiyalı məmurlardan biri Paşinyanın sistem adamı və dövlət xadimi olmadığını deyib:
"Paşinyan dövlətlərarası münasibəti bazar elementinə çevirir. Ermənistanda şəxsi hakimiyyət rejiminin formalaşması narahatlıq yaradır. Belə ki, Aleksandr Lukaşenko və ya Nursultan Nazarbayevdən fərqli olaraq Paşinyan qeyri-müəyyən şəxsdir".
Qəzet həmçinin ölkələr arasında çətin münasibətlərin olmasına ən böyük sübutun Putinin Paşinyanın düşməni sayılan Robert Köçəryanı yeni il münasibətiylə təbrik etməsi olduğunu bildirib.