ABŞ-da pilotsuz Tesla rus robotunu vurdu – Video

ABŞ-da pilotsuz rejimdə hərəkət edən “Tesla” avtomobili Rusiyanın “Promobot” robotunu vurub. Hadisə anının görüntüləri Yutub şəbəkəsində yayılıb.

ABŞ-da pilotsuz rejimdə hərəkət edən "Tesla" avtomobili Rusiyanın "Promobot" robotunu vurub.

Hadisə anının görüntüləri Yutub şəbəkəsində yayılıb.

Hadisə Las-Veqasda "CES 2019" sərgisi zamanı baş verib. Tərtibatçıların sözlərinə görə, robot yerə düşərkən xəsarət görüb və yenidən bərpası mümkün deyil.

"Promobot" sərgidə məsləhətçi vəzifəsini daşıyıb. O, müştəriləri qarşılamaq və onlara məhsul və xidmətlər barəsində məlumat vermək, lazımı yerə qədər ötürmək imkanlarına sahib olub. Ehtiyac olacağı halda robot həmçinin mağazanın əməkdaşlarından birinin köməyinə də müraciət edə bilər. "Promobot V.4"-ün qiyməti 1.2 milyon rubldan başlayır.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31