Parisdə polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər

Fransa polisi Parisdə "sarı jiletlər"in keçirdiyi etiraz aksiyasının iştirakcılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

İnsident Sena çayının sahilində baş verib. Parisdə etiraz aksiyalarında azı 3,5 min insan iştirak edir.

Bildirilir ki, polislərin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsinə səbəb aksiya iştirakçılarının hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulka atmaları olub.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları Bove şəhərində etirazçılar tərəfindən edilən provokasiyarldan sonra aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Bu şəhərdə etiraz aksiyalarında 600-ə yaxın insan iştirak edir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31