Doğum evində dəhşət: görüntü yayıldı, araşdırma başladı - Video
5 Yanvar 2019 08:10 Dünya 4 Yanvar 20:14
Qvatemalada doğum evində baş verən hadisə ölkədə ciddi etirazlara səbəb olub.
Teleqraf.com xəbər verir ki, xəstəxanalardan birinə gələn hamilə qadın ağrılardan əziyyət çəkib qışqırsa da, həkim və tibb bacıları Yeni ili qeyd etməklə məşğul olublar.
Hamilə qadının doğuşunun ardından tibbi personal yeni ildə ilk körpənin dünyaya gəlməsinə sevinsələr də, qadının bu an özünü xoşbəxt hiss etmədiyi diqqətdən yayınmayıb.
İşçilərdən biri əməliyyatxanada baş verənlərin videosunu sosial mediada paylaşıb. Bu görüntülər sərt təpkiyə səbəb olub. Faktla bağlı xəstəxana rəhbərliyi tərəfindən araşdırma aparılır.
Müəllif: Nahid
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31