İrandan çox sərt addım — ABŞ sahillərinə hərbi gəmi göndərir
4 Yanvar 2019 18:10 DünyaSon dövrlər sanksiyalar ucbatından İran ilə ABŞ arasında gərginlik son həddə çatıb.
İran Atlantik okeanının Amerika sahillərinə hərbi gəmilər göndərəcəyini açıqlayıb.
İran dəniz qüvvələrinin ikinci komandanı may ayından etibarən Atlantik okeanının qərbinə hərbi gəmilərin göndəriləcəyini bildirib. Atlantik okeanı Şimali və Cənubi Amerika qitələri ilə Avropa və Afrika qitələrinin arasındadır. Rəsmi Vaşinqtonun İranın bu həmləsinə necə cavab verəcəyi bilinmir.
Ehtimal edilir ki, İranın bu həmləsi ABŞ-ın İran ətrafında təyyarədaşıyan gəmi yerləşdirməsinə cavabdır.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31