Nüsrət Riberini qızıl ətə qonaq etdi

Fransız futbolçu Frenk Riberi Nüsrət Gökçənin qonağı olub.

Fransız futbolçu Frenk Riberi Nüsrət Gökçənin qonağı olub.

Riberi Nüsrətin Dubaydakı restoranında qabırğa kababı yeyib. Alman mətbuatı kababın qiymətini üzə çıxarıb. Məlum olub ki, fransız futbolçu qızıl qabırğa kababına 7 min 500 lirə (təxminən 2500 manat) pul ödəyib.

Riberi İnstaqram səhifəsində video paylaşaraq "Yeni ilə başlamaq üçün bir çimdik duz və türk qardaşımın qonağı olmaqdan yaxşı yol yoxdur" yazıb.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31