Maqnitoqorskda dağıntılara baxış zamanı partlayıcı izləri tapılmayıb

Müstəntiq-kriminalistlər və ekspertlər tərəfindən Rusiyanın Maqnitoqorsk şəhərində binanın girişinin çökdüyü yerdə aparılan yoxlama başa çatıb.

Bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Onun sözlərinə görə, baxış zamanı heç bir partlayıcı maddə və onun komponentlərinin izlərinə rast gəlinməyib.

Qeyd edək ki, Maqnitoqorskda çoxmərtəbəli binanın girişində qaz partlayışı dekabrın 31-i səhər saatlarında baş verib. Çökmə zonasında 120 nəfər yaşayıb, dağıntılar altından 39 meyit çıxarılıb.

Dünən Rusiya FHN hadisə yerindəki işlər tamamlayıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31