Türkiyənin silah mühəndisləri bu ölkəyə axın edir

Son bir il ərzində ASELSAN, TUBİTAK SAGE və TUSAŞ hərbi şirkətlərindən 100-ə yaxın mühəndis Hollandiyadakı texnoloji və müdafiə kompaniyalarına transfer olunub.

Bunu Türkiyə Cümhuriyyət Xalq Partiyasından olan deputat İlhami Özcan Aygun deyib.

"Son zamanlar Hollandiya hökuməti Türkiyənin müdafiə sənayesində kritik layihələrdə fəaliyyət göstərən mühəndisləri izləməyə başlayıb. Xüsusilə, son bir il ərzində ASELSAN, TUBİTAK SAGE və TUSAŞ şirkətlərindən 100-ə yaxın mühəndis Hollandiyadakı texnoloji və müdafiə kompaniyaların transfer ediliblər. Türk mühəndislərə yüksək maaş, övladlarının məktəbə adaptasiyası, ev kirayəsini ödəmək təklifləriylə bərabər, Hollandiya vətəndaşlığının verilməsi təklif edilir. Bu da Türkiyədən beyin köçünü sürətləndirir. Xüsusilə, 2018-ci ildə lirənin ucuzlaşması türk mühəndislər üçün Hollandiyanın cazibəsini artırır. Hollandiya şirkətlərində fəaliyyət göstərən türk mühəndislərin hamısının müdafiə sənayesindən gəlmələri təsadüfi deyil və bunlar milli təhlükəsizliklə bağlı problemlər yaradacaq. Mühəndislərin sahib olduqları strateji məlumatlar milli təhlükəsizliklə birbaşa bağlıdır", - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31