Fransada fermada 30 mindən çox cücə yandı

Fransanın şimalında quşçuluq fermasında güclü yanğın baş verib.

Kaestr qəsəbəsində baş vermiş yanğın nəticəsində 31 min cücə tələf olub.

Qeyd olunur ki, yanğın 1,5 min kvadrat metr ərazini əhatə edib.

Yanğınsöndürənlər yanğının digər təsərrüfatlara keçməsinin qarşısını ala biliblər.

Yanğının hansı səbəbdən baş verməsi ilə məlum deyil. Araşdırma aparılır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31